Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında
qulluq keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, No– 12,  maddə 972; 2010, No– 4, maddə 273, No– 5, maddə 385; 2011, No– 4, maddə 271; 2012, No– 5, maddə 412, No– 11, maddələr 1042, 1050; 2013, No– 3, maddə 228, No– 12, maddə 1468; 2016, No– 6, maddə 985) ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin 90-1-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. birinci cümlədə “miqrasiya orqanları işçilərinin” sözləri “müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin” sözləri ilə, “müvafiq icra hakimiyyəti orqanının hesabına” sözləri “müvafiq icra hakimiyyəti orqanlarının hesablarına” sözləri ilə əvəz edilsin;

1.2. ikinci cümlədə “vəsaitdən” sözü “vəsaitlərin bölgüsü və onlardan” sözləri ilə əvəz edilsin.
Maddə 2. Bu Qanun 2017-ci il mayın 1-dən qüvvəyə minir.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 25 aprel 2017-ci il
No– 644-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU