Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, No– 10, maddə 762, No– 12, maddə 973; 2010, No– 7, maddə 587; 2011, No– 6, maddə 485, No– 7, maddə 593; 2012, No– 5, maddə 410; 2013, No– 1, maddə 16, No– 11, maddə 1267; 2016, No– 1, maddə 12; Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 570-VQD nömrəli Qanunu) aşağıdakı məzmunda 58.8-ci maddə əlavə edilsin:

“58.8. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 2 may 2017-ci il
No– 666-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU