"Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq  qərara  alır :

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 7, maddə 405; 2001, No– 11, maddələr 689, 690, No– 12, maddə 736; 2002, No– 5, maddə 242; 2003, No– 1, maddələr 11, 16, No– 6, maddə 256; 2004, No– 1, maddə 10, No– 4, maddə 202, No– 5, maddə 314, No– 6, maddə 397; 2005, No– 2, maddə 62; 2006, No– 2, maddə 67, No– 11, maddə 923, No– 12, maddə 1005; 2007, No– 11, maddələr 1053, 1082; 2008, No– 5, maddə 354; 2009,  No– 6, maddə 410; 2010, No– 3, maddə 173, No– 4, maddələr 275, 276; 2011, No– 2, maddə 71, No– 12, maddə 1074; 2012, No– 6, maddə 523; 2014, No– 8, maddə 956, No– 11, maddə 1376; 2015, No– 2, maddələr 77, 88, No– 5, maddə 485; 2017, No– 1, maddə 3) 30-cu maddəsinin 2-ci hissəsinin üçüncü abzasında “müraciəti əsasında, 5 gündən gec olmayaraq” sözləri “yazılı müraciəti əsasında, 1 iş günü müddətində” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 7 aprel 2017-ci il
No– 581-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU