"Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

"Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı addəsində dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi aşağıdakı redaksiyada verilsin:

"Maddə 6. Dövlət dilinin televiziya və radio yayımlarında işlənməsi

Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində təsis edilən və fəaliyyət göstərən, dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməli və səlis danışıq qabiliyyətinə malik olmalıdırlar. Televiziya və radio kanallarında dublyaj olunan filmlər və verilişlər dövlətin müəyyən etdiyi dil normalarına uyğun olmalıdır.".

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyun 2003-cü il
No– 471-IIQD

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU