"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:
“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, No– 7, maddə 586; 2007, No– 1, maddə 1, No– 8, maddə 756, No– 11, maddələr 1078, 1081; 2008, No– 3, maddə 155, No– 6, maddə 481, No– 8, maddələr 694, 710; 2009, No– 6, maddə 399, No– 11, maddə 878; 2010, No– 3, maddə 171, No– 4, maddə 273, No– 11, maddə 944; 2011, No– 2, maddələr 71, 72; 2012, No– 11, maddə 1040; 2015, No– 10, maddə 1089; 2016, No– 6, maddə 984) 26.1-ci maddəsində “ədliyyə şöbələrində” sözləri “qurumlarında” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 aprel 2017-ci il
No– 629-VQD
Fayl şəklində yüklə