"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, No– 8, maddə 603; 2006, No– 6, maddə 482; 2007, No– 8, maddə 745; 2008, No– 3, maddə 154; 2009, No– 12, maddə 948; 2011, No– 11, maddə 983; 2012, No– 6, maddə 509, No– 7, maddə 668, No– 11, maddə 1053; 2013, No– 6, maddələr 607, 623, No– 7, maddə 791, No– 12, maddə 1484; 2014, No– 1, maddə 7, No– 2, maddə 97, No– 6, maddələr 597, 604; 2015, No– 3, maddə 255; 2016, No– 4, maddə 645, No– 6, maddə 990, No– 7, maddə 1244, No– 11, maddələr 1770, 1775) aşağıdakı dəyişikliklər edilsin:

1. 9.2-ci maddənin birinci cümləsində “verir” sözü “tərtib edir” sözləri ilə əvəz edilsin.

2. 9.3-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Ərizənin sürətləndirilməklə icra edilməsi qaydası və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

3. 12.1-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Hüquq sahibinin istəyi əsasında çıxarış kağız formada təqdim olunur, yaxud elektron imza ilə təsdiqlənməklə “Elektron Hökumət” portalında yerləşdirilərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanı təmin olunur.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 25 aprel 2017-ci il
No– 641-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU