"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, No– 12, maddə 984; 2007, No– 6, maddə 562, No– 10, maddə 938, No– 12, maddə 1196; 2009, No– 6, maddə 404, No– 7, maddələr 507, 517; 2010, No– 10, maddə 839; 2011, No– 7, maddə 612; 2014, No– 11, maddə 1371; 2015, No– 6, maddə 684, No– 11, maddə 1296; 2016, No– 3, maddə 405, No– 11, maddə 1771) aşağıdakı dəyişikliklər edilsin:
1. 16.3-cü maddənin ikinci cümləsindən “bu Qanunun 49-1.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla” sözləri çıxarılsın.
2. 49-1-ci maddə ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 aprel 2017-ci il
No– 648-VQD
Fayl şəklində yüklə