"Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, No– 2, maddə 70, No– 11, maddə 1046; 2009, No– 6, maddə 397, No– 12, maddələr 948, 949; 2010, No– 7, maddə 600; 2011, No– 4, maddə 259; 2013, No– 4, maddə 356; 2015, No– 2, maddə 84, No– 4, maddə 365; 2016, No– 11, maddə 1787; 2017, No– 1, maddə 10) 16-1.2.7-ci maddəsində “bioloji aktiv əlavə və qida əlavəsi” sözləri “bioloji fəallığa malik qida əlavəsi” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 may 2017-ci il
No– 660-VQD
Fayl şəklində yüklə