Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsinin icrası haqqında
Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsinin icrası haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsinin icrası gəlirlər 4551174,3 milyon manat, xərclər 4658823,7 milyon manat məbləğində olmaqla təsdiq edilsin.
2. Azərbaycan Respublikasının 2002-ci il dövlət büdcəsinin gəlirlər və xərclər üzrə göstəriciləri aşağıdakı kimi qəbul edilsin:
Sıra No–-si | Göstəricilər | Milyon manatla |
Gəlirlər | 4 551 174.3 | |
1. | Fiziki şəxslərin gəlir vergisi | 548 340.0 |
2. | Hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa) | 739 104.4 |
3. | Hüquqi şəxslərin torpaq vergisi | 43 991.3 |
4. | Hüquqi şəxslərin əmlak vergisi | 99 806.9 |
5. | Əlavə dəyər vergisi | 1 674 421.1 |
o cümlədən: | ||
Azərbaycan Respublikasının ərazisinə gətirilən mallara əlavə dəyər vergisi | 602 071.2 | |
6. | Aksizlər | 433 288.7 |
o cümlədən: | ||
Azərbaycan Respublikasının ərazisinə gətirilən mallara aksizlər | 35 921.7 | |
7. | Mədən vergisi (yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi istisna olmaqla) | 250 066.6 |
8. | Gömrük rüsumları | 276 755.9 |
9. | Yol vergisi | 7 094.7 |
10. | Dövlət rüsumu | 106 489.7 |
11. | Sadələşdirilmiş sistem üzrə vergi | 12 655.4 |
12. | Vergi olmayan sair gəlirlər | 136 709.4 |
13. | Aksiz markalarının satışından daxilolmalar | 7 184.0 |
14. | Dövlət əmlakının icarəyə verilməsindən Daxilolmalar | 11 317.6 |
15. | Avropa Birliyinin Azərbaycan Respublikasına verdiyi qrant | 56 542.8 |
16. | Xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar | 3 936.1 |
17. | Banklardan alınan dividendlər | 5 723.0 |
18. | Milli Bankın mənfəətindən daxilolmalar | 119 999.9 |
19. | Büdcədən verilmiş kreditlər üzrə daxilolmalar | 4 934.8 |
20. | Dövlət zəmanəti ilə verilmiş kreditlər üzrə daxilolmalar | 945.9 |
21. | Təkrar borc sazişləri üzrə daxilolmalar | 8 948.8 |
22. | "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyətinin problemli kreditləri üzrə daxilolmalar | - |
23. | Məqsədli büdcə fondlarının gəlirləri | 2 917.3 |
o cümlədən: | ||
Meşələrin Qorunub Saxlanılması və Təkrar İstehsalı Fondu | 1 813.4 | |
Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondu | 1 103.9 | |
Sahibkarlığa Kömək Milli Fondu | - | |
Xərclər | 4 658 823.7 | |
1. | Azərbaycan Respublikası Milli Məclisinin saxlanılması xərcləri | 16 948.5 |
2. | Azərbaycan Respublikası icra hakimiyyəti Orqanlarının saxlanılması xərcləri | 678 091.4 |
o cümlədən: | ||
hüquq-mühafizə və təhlükəsizlik orqanlarının saxlanılması xərcləri | 422 391.3 | |
3. | Elm xərcləri | 57 149.5 |
4. | Müdafiə xərcləri | 604 636.7 |
5. | Məhkəmə hakimiyyəti və prokurorluq Orqanlarının saxlanılması xərcləri | 50 415.9 |
o cümlədən: | ||
Konstitusiya Məhkəməsi | 3 019.7 | |
Ali Məhkəmə | 2 993.1 | |
Şəhər və rayon məhkəmələri | 9 441.1 | |
Apelliasiya Məhkəməsi | 2 783.0 | |
İqtisad Məhkəməsi | 1 017.7 | |
Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi | 1 637.8 | |
Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələrə dair Azərbaycan Respublikasının İqtisad Məhkəməsi | 231.0 | |
yerli iqtisad məhkəmələri | 708.2 | |
Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsi | 815.4 | |
hərbi məhkəmələr | 1 772.3 | |
Prokurorluq orqanları | 25 996.6 | |
ondan: | ||
Hərbi Prokurorluq | 5 525.3 | |
6. | Təhsil xərcləri | 956 194.9 |
7. | Səhiyyə xərcləri | 224 062.5 |
8. | Sosial müdafiə xərcləri | 725 819.8 |
o cümlədən: | ||
kommunal və digər xidmətlər üzrə güzəştlərin ləğvi ilə bağlı vətəndaşlara veriləcək kompensasiya | 137 819,8 | |
9. | Sosial təminat xərcləri | 225 342.1 |
o cümlədən: | ||
qaçqınların və məcburi köçkünlərin yemək və məskunlaşdırılması xərcləri | 194 410.7 | |
bu bölməyə aid edilən digər tədbirlər üzrə xərclər | 30 931.4 | |
10. | Mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri xərcləri | 102 580.8 |
11. | Bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin xərcləri | 14 036.5 |
o cümlədən: | ||
bədən tərbiyəsi və idman tədbirləri | 11 010.5 | |
gənclər siyasəti tədbirləri | 3 026.0 | |
12. | Mənzil-kommunal təsərrüfatı xərcləri | 99 993.1 |
13. | Yanacaq və enerji kompleksi xərcləri | 829.3 |
14. | Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərcləri | 226 629.4 |
o cümlədən: | ||
fermer təsərrüfatlarına kredit güzəştləri fondu | - | |
bu bölməyə aid edilən digər tədbirlər üzrə xərclər | 226 629.4 | |
15. | Sənaye və tikinti xərcləri | 16 109.9 |
16. | Dövlət investisiya xərcləri | 159 729.2 |
17. | Nəqliyyat və rabitə xərcləri | 168 017.0 |
18. | İqtisadi fəaliyyətlə bağlı sair xərclər | 13 680.2 |
o cümlədən: | ||
iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı xərclər | - | |
kiçik sahibkarlığa investisiya yardımı | 12 996.4 | |
ondan: | ||
kənd təsərrüfatı ilə məşğul olmaq üçün məcburi köçkünlərə kreditlərin verilməsi | 998.6 | |
bu bölməyə aid edilən digər tədbirlər üzrə xərclər | 683.8 | |
19. | Beynəlxalq təşkilatlara üzvlük haqqı | 27 026.8 |
20. | Dövlətin xarici borcları üzrə xərclər | 50 701.8 |
21. | Banklarla hesablaşma xərcləri | 22 437.6 |
22. | Dövlətin daxili borcunun ödənilməsi ilə bağlı xərclər | 108 049.2 |
o cümlədən: | ||
dövlət daxili uduşlu istiqraz vərəqələri üzrə | 811.3 | |
hüquqi şəxslər arasında yayılmış Azərbaycan Respublikasının 1994-cü il dövlət 150 faizli daxili istiqrazları üzrə | 1 138.0 | |
Nazirlər Kabinetinin zəmanəti ilə Beynəlxalq Bank tərəfindən verilmiş kreditlər üzrə | 71 373.8 | |
Birləşmiş Universal Səhmdar Bankının zəruri kapitala və likvidliyə olan tələbini ödəmək üçün buraxılmış istiqraz vərəqələri üzrə | 9 240.0 | |
Mərkəzləşdirilmiş kredit resursları üzrə Milli Bankın silinmiş əsas borcunu bağlamaq məqsədilə buraxılan istiqraz vərəqələri üzrə | 912.0 | |
Qısamüddətli dövlət istiqraz vərəqələri üzrə | 24 574.1 | |
23. | Ehtiyat fondunun xərcləri | 74 718.8 |
o cümlədən: | ||
Naxçıvan Muxtar Respublikası üzrə ehtiyat fondunun xərcləri | 490.9 | |
24. | Başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti xərcləri | 758.9 |
o cümlədən: | ||
dövlət statistika sistemində islahatların aparılması xərcləri | 389.9 | |
seçkilərin keçirilməsi ilə bağlı xərclər | 369.0 | |
25. | Əsas bölmələrə aid edilməyən sair xərclər | 7 776.1 |
o cümlədən: | ||
aksiz markalarının çap edilməsi ilə bağlı xərclər | 5 945.7 | |
lisenziya blanklarının çap edilməsi ilə bağlı xərclər | 4.7 | |
birdəfəlik rüsum qəbzlərinin çap edilməsi ilə bağlı xərclər | 243.3 | |
26. | Məqsədli büdcə fondlarının xərcləri | 2 095.8 |
27. | Naxçıvan Muxtar Respublikası, respublika tabeli şəhər və rayonların yerli gəlir və xərclərini tənzimləmək üçün ayrılan vəsait (yekuna daxil edilmir) | 705 650.0 |
28. | Yerli büdcələrə ayrılan dotasiya | 24 992.0 |
Kəsir | 107 649.4 |
3. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun 2003-cü il
No– 473-IIQ

