"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır :

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004,  No– 1, maddə 8; 2005, No– 1, maddə 1, No– 8, maddə 700; 2006, No– 2, maddə 70; 2008, No– 2, maddə 49; 2010, No– 4, maddə 265; 2012, No– 1, maddə 2, No– 7, maddə 651; 2013, No– 12, maddə 1479; 2014, No– 2, maddə 78, No– 7, maddə 769, No– 11, maddə 1356, No– 12, maddə 1526; 2015, No– 11, maddə 1259; 2016, No– 4, maddə 644, No– 10, maddə 1606) 15.9.3-cü maddəsində “orqanına” sözündən sonra “, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə” sözləri əlavə edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 14 aprel 2017-ci il
No– 586-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU