Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, No– 9, maddə 838; 2014, No– 7, maddələr 766, 787, No– 10, maddə 1165; 2015, No– 5, maddə 503; 2016, No– 11, maddə 1773, No– 12, maddə 2010) aşağıdakı dəyişikliklər edilsin:
1. 5.1.6-cı maddədə “sertifikatlaşdırılması” sözü “sertifikatlaşdırılmasının təşkili” sözləri ilə əvəz edilsin.
2. 52.2-ci maddədə “müvafiq peşə standartlarının tələblərinə uyğunluğunu və onun peşə yararlığını” sözləri “müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunu” sözləri ilə əvəz edilsin.
3. 54.4-cü maddənin birinci cümləsində “habelə təhlükəsizlik tələblərinə” sözləri “müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə” sözləri ilə əvəz edilsin.
4. 55.2-ci maddə üzrə:
4.1. birinci cümləyə “sınaq laboratoriyaları” sözlərindən sonra “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada” sözləri əlavə edilsin;
4.2. ikinci cümlə çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 aprel 2017-ci il
No– 596-VQD
Fayl şəklində yüklə