"Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar  qərara alır:

“Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No– 3, maddə 137; 2002, No– 12, maddə 701; 2003, No– 8, maddə 424; 2004, No– 3, maddə 133, No– 7, maddə 505, No– 10, maddə 762, No– 11, maddə 902; 2005, No– 4, maddə 278; 2007, No– 11, maddə 1053; 2008, No– 7, maddə 602; 2013, No– 7, maddə 794; 2016, No– 1, maddə 20) 5-ci maddəsinin dördüncü hissəsində “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı” sözləri “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar” sözləri ilə, “verir” sözü “verirlər” sözü ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 14 aprel 2017-ci il
No– 598-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU