"Çayçılıq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Çayçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndini rəhbər tutaraq, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”  Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 965-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Çayçılıq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının  Qanunvericilik Toplusu, 2004, No– 11, maddə 881; 2007, No– 12, maddə 1218; 2016, No– 7, maddə 1242; 2017, No– 1, maddə 7) 21.1-ci maddəsinin üçüncü cümləsində “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş laboratoriyalarda,” sözləri “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş sınaq laboratoriyalarında” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 14 aprel 2017-ci il
No– 603-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU