Bakı şəhərinin Binəqədi rayonu ərazisində Xocəsən bələdiyyəsinin yaradılması haqqında
Bakı şəhərinin Binəqədi rayonu ərazisində Xocəsən bələdiyyəsinin yaradılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ Q A N U N U
"Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
I. Bakı şəhəri Binəqədi rayonunun Biləcəri bələdiyyəsinin əhatə etdiyi Xocəsən qəsəbəsində Xocəsən bələdiyyəsi yaradılsın.
II. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nın "Binəqədi rayonu" bölməsində aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1) 4-cü sırada "Biləcəri bələdiyyəsi" sözlərinin qarşısındakı "Biləcəri, Xocəsən və Sulutəpə qəsəbələri" sözləri "Biləcəri qəsəbəsi" sözləri ilə əvəz edilsin;
2) aşağıdakı redaksiyada yeni 5-ci sıra əlavə edilsin:
"5. Xocəsən bələdiyyəsi - Xocəsən, Sulutəpə və 28 May qəsəbələri".
III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 iyun 2003-cü il
No– 477-IIQ

