"Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq, “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununu “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 377-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, No– 1, maddə 8, No– 8, maddə 686; 2006, No– 1, maddə 4; 2007, No– 4, maddə 321; 2010, No– 7, maddə 596; 2011, No– 2, maddə 71, No– 6, maddə 484; 2012, No– 12, maddə 1228; 2013, No– 12, maddə 1467; 2014, No– 7, maddə 783; 2015, No– 2, maddə 99, No– 4, maddə 347, No– 11, maddə 1287; 2016, No– 12, maddə 2032) aşağıdakı dəyişikliklər edilsin:

1. 11.0.1-ci maddədən “, ərazi yurisdiksiyası” sözləri çıxarılsın.

2. Aşağıdakı məzmunda 11.0.1-1-ci maddə əlavə edilsin:
“11.0.1-1. məhkəmələrin ərazi yurisdiksiyasını müəyyən edir;”.

3. 12.0.26-1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“12.0.26-1. birinci instansiya və apellyasiya məhkəmələrinin maliyyə təminatı üçün nəzərdə tutulan xərclər barədə təkliflərə onlar müvafiq icra hakimiyyəti orqanına təqdim edilməzdən əvvəl rəy vermək;”.

4. Aşağıdakı məzmunda 22.4-cü maddə əlavə edilsin:
“22.4. İntizam məsuliyyəti məsələsinə baxılan hakimin öz arzusu ilə vəzifəsindən çıxmaq barədə yazılı ərizəsinə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 112-1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 16 may 2017-ci il
No– 670-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU