"Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 6, maddə 497; 1999, No– 5, maddə 285; 2001, No– 3, maddələr 141, 142, 143, 144, No– 11, maddələr 672, 687, 693; 2002, No– 5, maddələr 240, 244, No– 6, maddə 328; 2003, No– 6, maddə 256; 2004, No– 4, maddə 199, No– 6, maddə 396, No– 7, maddə 507; 2006, No– 2, maddə 66, No– 12, maddə 1028; 2007, No– 6, maddə 560, No– 11, maddə 1052, No– 12, maddə 1197; 2008, No– 7, maddə 602; 2009, No– 2, maddə 46, No– 12, maddə 949; 2010, No– 11, maddə 962; 2011, No– 2, maddələr 70, 71, No– 7, maddə 616; 2012, No– 6, maddə 510; 2013, No– 11, maddələr 1285, 1305, 1316; 2015, No– 2, maddə 104, No– 4, maddə 345, No– 6, maddə 681; 2016, No– 2 (I kitab), maddə 189, No– 4, maddə 658) 53-cü maddəsinin üçüncü hissəsinin altıncı abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:

“həqiqi hərbi xidmətə çağırışın və səfərbərliyin təmin olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanının sorğusu ilə.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 31 may 2017-ci il
No– 710-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU