"Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə  q ə r a r a   a l ı r :

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No– 9, maddə 567; 2002, No– 12, maddə 703; 2004, No– 6, maddə 414; 2005, No– 10, maddə 873; 2008, No– 3, maddə 155; 2009, No– 6, maddə 399; 2011, No– 2, maddə 71; 2013, No– 4, maddə 365; 2015, No– 10, maddə 1084; 2016, No– 2, I kitab, maddə 188) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 14.1-1-ci maddə əlavə edilsin:
“14.1-1. Yalnız müvafiq vəzifələrdə azı bir il çalışan diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxslərin attestasiyası keçirilə bilər. Hər bir diplomatik xidmət əməkdaşının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən inzibati vəzifə tutan şəxsin attestasiyası beş ildə bir dəfədən çox olmayaraq  keçirilir.”.

2. 14.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“14.3. Xidməti attestasiya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 31 may 2017-ci il
No– 683-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU