"Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə  q ə r a r a  a l ı r :

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, No– 8, maddə 750; 2009, No– 6, maddə 399) aşağıdakı dəyişikliklər edilsin:

1. 20-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“20.1. Etik davranış qaydalarına əməl olunmasına nəzarəti dövlət orqanının rəhbəri  xidməti qaydada, yuxarı orqan tabeçilik əsasında həyata keçirir.
20.2. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum etik davranış qaydalarına əməl olunmasına nəzarəti nizamnaməsinə uyğun olaraq həyata keçirir.”.

2. 22-ci maddə ləğv edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 31 may 2017-ci il
No– 686-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU