Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli  930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya
orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”ni “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, No– 12,  maddə 972; 2010, No– 4, maddə 273, No– 5, maddə 385; 2011, No– 4, maddə 271; 2012, No– 5, maddə 412, No– 11, maddələr 1042, 1050; 2013, No– 3, maddə 228, No– 12, maddə 1468; 2016, No– 6, maddə 985) ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 52-1-ci maddə əlavə edilsin:
“52-1. Yalnız müvafiq vəzifələrdə azı bir il çalışan miqrasiya orqanları işçilərinin attestasiyası keçirilə bilər. Hər bir miqrasiya orqanı işçisinin attestasiyası beş ildə bir dəfədən çox olmayaraq  keçirilir.”.

2. 53-cü maddədə ikinci cümlədən “attestasiyası və” sözləri çıxarılsın, aşağıdakı redaksiyada üçüncü cümlə əlavə edilsin:
“Miqrasiya orqanları işçilərinin attestasiyası qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 31 may 2017-ci il
No– 689-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU