"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No– 7, maddə 442; 2008, No– 7, maddə 602; 2011, No– 2, maddə 71; 2015, No– 2, maddə 83) 24-cü maddəsi aşağıdakı redaksiyada verilsin:

“Maddə 24. Xüsusi təhsil müəssisəsinin akkreditasiyası, xüsusi təhsilin keyfiyyətinə nəzarət və təhsil alanların attestasiyası
24.1. Xüsusi təhsil müəssisəsi “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditasiya olunur.
24.2. Xüsusi təhsilin keyfiyyətinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
24.3. Xüsusi təhsil müəssisəsində təhsilalanların yekun qiymətləndirilməsini (attestasiyasını) müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum həyata keçirir.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 31 may 2017-ci il
No– 691-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU