"Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununu “Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 3, maddə 167; 2001, No– 11, maddə 691; 2002, No– 12, maddə 706; 2004, No– 3, maddə 133; 2005, No– 8, maddə 684; 2008, No– 2, maddə 49, No– 5, maddə 342; 2010, No– 11, maddə 937; 2013, No– 5, maddə 482) aşağıdakı dəyişikliklər edilsin:
1. 6-cı maddəyə aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:
“3. Reklam bu Qanunda nəzərdə tutulan şərtlər hüdudunda müəlliflik hüququnun obyektidir.”.
2. 32-ci maddəyə aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:
“3-1. Reklam yaradıcısı və reklam istehsalçısı bu Qanunda nəzərdə tutulan şərtlər hüdudunda əlaqəli hüquqların subyektidirlər.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2017-ci il
No– 695-VQD
Fayl şəklində yüklə