"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, No– 9, maddə 684; 2011, No– 2, maddə 70; 2014, No– 1, maddə 3; 2015, No– 11, maddə 1266; 2016, No– 1, maddə 41, No– 11, maddə 1766; 2017, No– 2, maddə 145) aşağıdakı məzmunda 38.10-cu maddə əlavə edilsin:
“38.10. Təhsil haqlarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun 2017-ci il
No– 718-VQD
Fayl şəklində yüklə