"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 5, maddə 348; 1999, No– 11, maddə 609; 2000, No– 11, maddə 776; 2001, No– 9, maddə 576, No– 12, maddələr 733, 736; 2002, No– 12, maddə 706; 2004, No– 7, maddə 505, No– 12, maddə 976; 2005, No– 1, maddə 2, No– 12, maddə 1082; 2006, No– 11, maddə 923, No– 12, maddə 1018; 2007, No– 1, maddə 4, No– 12, maddə 1193; 2008, No– 2, maddə 49, No– 4, maddə 254, No– 6, maddə 462, No– 7, maddə 602; 2009, No– 12, maddə 970; 2010, No– 4, maddə 276, No– 11, maddə 949; 2011, No– 10, maddə 883; 2013, No– 11, maddə 1284, No– 12, maddə 1487; 2014, No– 10, maddə 1171; 2016, No– 4, maddə 657, No– 6, maddə 971; 2017, No– 3, maddə 336) aşağıdakı dəyişikliklər edilsin:
1. 14-cü maddənin altıncı hissəsində “nağd və ya” sözləri “yalnız” sözü ilə əvəz edilsin.
2. 17-ci maddəyə “sığortaolunanlara” sözündən sonra “yalnız nağdsız qaydada” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun 2017-ci il
No– 720-VQD
Fayl şəklində yüklə