"Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 8, maddə 475; 2001, No– 11, maddə 676; 2002, No– 5, maddə 258; 2004, No– 3, maddə 133; 2005, No– 10, maddə 871; 2009, No– 2, maddə 46; 2010, No– 3, maddə 178; 2014, No– 4, maddə 329; 2016, No– 6, maddə 1003) 14-cü maddəsinə aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin:
“Bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulan birdəfəlik müavinət yalnız nağdsız qaydada ödənilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun 2017-ci il
No– 723-VQD
Fayl şəklində yüklə