"Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, No– 8, maddə 417; 2004, No– 10, maddə 781; 2007, No– 6, maddə 561; 2011, No– 2, maddə 70; 2017, No– 1, maddə 4) 5.2-ci maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Müavinətin ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun 2017-ci il
No– 725-VQD
Fayl şəklində yüklə