"Bələdiyyə qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraqq ə r a r a a l ı r :
“Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 12, maddə 687; 2004, No– 1, maddə 10; 2005, No– 2, maddə 62; 2006, No– 3, maddə 225; 2009, No– 11, maddə 878; 2010, No– 4, maddə 276; 2011, No– 2, maddə 71, No– 12 maddə1076; 2015, No– 4, maddə 343; 2016, No– 1, maddə 42) 10-cu maddəsinə aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin:
“Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun 2017-ci il
No– 726-VQD
Fayl şəklində yüklə