"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, No– 3, maddə 144, No– 7, maddə 602; 2009, No– 7, maddə 517; 2011, No– 1, maddə 11; 2013, No– 12, maddə 1470; 2014, No– 7, maddələr 771, 779; 2015, No– 11, maddə 1263; 2016, No– 3, maddə 410, No– 6, maddə 976) aşağıdakı məzmunda 6-1-ci maddə əlavə edilsin:
“Maddə 6-1. Hesablaşmalar
Bu Qanunla müəyyən edilmiş hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız
qaydada həyata keçirilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun 2017-ci il
No– 727-VQD
Fayl şəklində yüklə