"İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, No– 9, maddə 788; 2013, No– 7, maddə 776; 2014, No– 7, maddə 778, No– 12, maddə 1523; 2016, No– 2, I kitab, maddə 185, No– 3, maddə 414; 2017, No– 2, maddə 149) aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 4-1-ci maddə əlavə edilsin:
“Maddə 4-1. Hesablaşmalar
Bu Qanunla müəyyən edilmiş hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilir.”.
2. 11-ci maddə üzrə:
2.1. 11.1-ci maddədə “nağd və ya” sözləri “yalnız” sözü ilə əvəz edilsin;
2.2. 11.3-cü maddə ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun 2017-ci il
No– 728-VQD
Fayl şəklində yüklə