Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsini “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 422-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, No– 2 (I kitab), maddə 202, No– 3, maddələr 397, 403, 429, No– 4, maddələr 631, 647, 654, No– 5, maddələr 835, 846, No– 6, maddələr 997, 1010, No– 7, maddələr 1247, 1249, No– 10, maddə 1608, No– 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, No– 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, No– 1, maddə 21, No– 2, maddələr 139, 147, 152, 162, No– 3, maddələr, 331, 344; Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 567-VQD və 574-VQD nömrəli, 25 aprel tarixli 634-VQD nömrəli, 2 may tarixli 663-VQD nömrəli və 16 may tarixli 669-VQD nömrəli qanunları) 428-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 428.4-cü maddəyə “barədə” sözündən əvvəl “, həkim resepti olmadan buraxılan dərman vasitələrinin qəbulunun və tibbi texnikadan istifadənin əlavə təsirlə müşayiət olunması, həkimlə yaxud mütəxəssislə məsləhətləşmənin zəruriliyi” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 428.4-1-ci maddə əlavə edilsin:
“428.4-1. Dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə görə -
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 13 iyun 2017-ci il
No– 738-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU