Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 8, maddə 478; 2001, No– 12, maddə 736; 2002, No– 5, maddələr 237, 241; 2003, No– 1, maddə 11, No– 6, maddə 256, No– 8, maddə 423; 2004, No– 2, maddə 59, No– 6, maddə 415, No– 10, maddə 761; 2006, No– 2, maddə 67, No– 6, maddə 478, No– 8, maddə 657, No– 11, maddə 932; 2007, No– 1, maddə 3, No– 8, maddə 745; 2008, No– 5, maddə 348, No– 6, maddə 460, No– 8, maddə 707, No– 12, maddə 1048; 2009, No– 2, maddə 36; 2012, No– 6, maddə 497; 2013, No– 6, maddə 621; 2015, No– 3, maddə 244, No– 4, maddə 358, No– 10, maddə 1094; 2016, No– 1, maddələr 24, 27, No– 4, maddə 639; 2017, No– 1, maddə 24) 46-cı maddəsinin 2-1-ci hissəsinin yeddinci cümləsində “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi əhəmiyyətli dövlət obyektlərinin hasarları istisna olmaqla, bu maddənin ikinci cümləsinə uyğun olaraq” sözləri “İctimai çimərliklərdə (müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyələr tərəfindən yaradılan və ya bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə icarəyə verilən, gediş-gəlişi məhdudlaşdırılmayan çimərlik)” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 13 iyun 2017-ci il
No– 742-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU