Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 8, I kitab, maddə 583; 2001, No– 7, maddə 454, No– 9, maddə 576, No– 12, maddə 734; 2002, No– 5, maddə 249, No– 12, maddə 707; 2003, No– 8, maddə 425, No– 12, I kitab, maddə 671; 2004, No– 1, maddə 1, No– 11, maddə 887, No– 12, maddə 980; 2005, No– 2, maddə 61, No– 8, maddə 688, No– 12, maddə 1081; 2006, No– 12, maddələr 1005, 1026; 2007, No– 1, maddə 4, No– 6, maddə 597, No– 8, maddə 745, No– 11, maddə 1053, No– 12, maddə 1192; 2008, No– 7, maddə 602, No– 11, maddə 960; 2009, No– 7, maddə 506; 2011, No– 1, maddə 14, No– 7, maddələr 588, 603, No– 12, maddə 1115; 2012 No– 6, maddələr 500, 513, No– 7, maddə 652, No– 9, maddə 841, No– 12, maddə 1226; 2013, No– 2, maddə 91, No– 4, maddə 366, No– 11, maddə 1278, No– 12, maddələr 1483, 1486, 1495; 2014, No– 2, maddələr 94, 98, No– 6, maddə 608, No– 7, maddə 770, No– 8, maddə 957, No– 10, maddə 1158, No– 12, maddə 1525; 2015, No– 1, maddə 11, No– 12, maddə 1433; 2016, No– 2, I kitab, maddə 207, No– 3, maddələr 396, 402, No– 5, maddə 848, No– 6, maddələr 973, 974, 1015, No– 7, maddə 1245, No– 10, maddə 1603, No– 11, maddələr 1752, 1792, 1793, No– 12, maddələr 2001, 2037, 2046; 2017, No– 2, maddə 146; Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 564-VQD nömrəli, 14 aprel tarixli 618-VQD nömrəli, 25 aprel tarixli 640-VQD və 645-VQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1. 176.2-ci maddədə “(ƏDV-nin qaytarılması şərtilə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edilən elektron vergi hesab-fakturası istisna olmaqla)” sözləri “(əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, ticarət festivalları dövründə isə bütün fiziki şəxslərə ƏDV-nin qaytarılması şərtilə təqdim edilən elektron vergi hesab-fakturası istisna olmaqla )” sözləri ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 176.2-2-ci maddə əlavə edilsin:
“176.2-2. Ticarət festivalları dövründə fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron vergi hesab-fakturasının vahid forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun 2017-ci il
No– 745-VQD
Fayl şəklində yüklə