"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 5, maddə 413; 1999, No– 5, maddə 284, No– 7, maddə 396, No– 10, maddə 570; 2001, No– 5, maddə 292, No– 6, maddə 379, No– 7, maddə 455; 2002, No– 1, maddə 4, No– 12, maddə 706; 2003, No– 6, maddə 278; 2004, No– 2, maddə 57, No– 3, maddə 133, No– 4, maddə 199, No– 8, maddələr 597, 598, No– 9, maddə 669; 2005, No– 1, maddə 7, No– 8, maddə 686; 2006, No– 1, maddə 4, No– 12, maddə 1005; 2007, No– 5, maddələr 439, 446, No– 7, maddə 712, No– 11, maddə 1078, No– 12, maddə 1222; 2008, No– 3, maddə 163, No– 7, maddə 609; 2009, No– 2, maddə 46, No– 11, maddə 878; 2010, No– 7, maddə 596, No– 10, maddə 842; 2011, No– 4, maddə 265; 2013, No– 1, maddə 21; 2014, No– 2, maddə 85, No– 7, maddələr 782, 784; 2015, No– 2, maddə 98, No– 4, maddə 346, No– 5, maddə 483, No– 11, maddə 1286; 2016, No– 6, maddə 1004, No– 11, maddə 1789, No– 12, maddə 2033) aşağıdakı dəyişikliklər edilsin:

1. 22-ci maddənin ikinci hissəsi üçüncü hissə hesab edilsin və aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
“Rayon (şəhər) məhkəməsi bir hakimdən ibarətdirsə, həmin hakim eyni zamanda bu məhkəmənin sədri təyin olunur.”.

2. 23-cü maddənin ikinci hissəsi ləğv edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 13 iyun 2017-ci il
No– 747-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU