"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, No– 12, maddə 984; 2007, No– 6, maddə 562, No– 10, maddə 938, No– 12, maddə 1196; 2009, No– 6, maddə 404, No– 7, maddələr 507, 517; 2010, No– 10, maddə 839; 2011, No– 7, maddə 612; 2014, No– 11, maddə 1371; 2015, No– 6, maddə 684, No– 11, maddə 1296; 2016, No– 3, maddə 405, No– 11, maddə 1771; Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 648-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 22.0.5-ci, 22.0.13-cü və 22.0.16-cı maddələrdə “Mərkəzi” sözü “müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, Mərkəzi” sözləri ilə əvəz edilsin.

2. 22.0.8-ci maddədə “beynəlxalq” sözü “müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, beynəlxalq” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 iyun 2017-ci il
No– 757-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU