"Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, No– 2, maddə 79; 2009, No– 6, maddə 400, No– 7, maddə 517; 2016, No– 3, maddələr 394 və 421) aşağıdakı dəyişikliklər edilsin:

1. 6.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“6.2. Himayəçilik Şurasının tərkibinə maliyyə bazarlarına nəzarət orqanının bir nümayəndəsi, Mərkəzi Bankın bir nümayəndəsi, müvafiq icra hakimiyyəti orqanlarının üç nümayəndəsi və iştirakçı bankların təqdimatı ilə onların iki nümayəndəsi daxildir.”.

2. 8.1.1 – 8.1.4-cü, 8.1.10-cu, 8.1.13-cü və 8.1.16-cı maddələrdə “Fondun” sözü “müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, Fondun” sözləri ilə əvəz edilsin.

3. 8.1.5-ci və 8.1.18-ci maddələrdə “kompensasiyaların” sözü “müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, kompensasiyaların” sözləri ilə əvəz edilsin.

4. 8.1.8-ci maddədə “iştirakçı” sözü “müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, iştirakçı” sözləri ilə əvəz edilsin.

5. 8.1.9-cu maddədə “hallarda” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla,” sözləri əlavə edilsin.

6. 9.1-ci maddədə “Himayəçilik Şurası” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 iyun 2017-ci il
No– 758-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU