"Damazlıq heyvandarlıq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Damazlıq heyvandarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 17-ci bəndlərini rəhbər tutaraq, “Atçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 425-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Damazlıq heyvandarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, No– 3, maddə 143; 2011, No– 2, maddə 71) aşağıdakı dəyişikliklər edilsin:
1. 17.4-cü maddənin ikinci cümləsində və 22.5-ci maddədə “qanunvericilikdə” sözü “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində” sözləri ilə əvəz edilsin.
2. 29-cu maddədə “qanunvericiliyinə” sözü “İnzibati Xətalar Məcəlləsinə” sözləri ilə əvəz edilsin.
3. 30-cu maddədə “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq” sözləri “inzibati və məhkəmə qaydasında” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyun 2017-ci il
No– 715-VQD
Fayl şəklində yüklə