"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 508-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, No– 3, maddə 125; 2005, No– 4, maddə 285, No– 10, maddə 876; 2007, No– 10, maddə 934, No– 12, maddə 1219; 2013, No– 6, maddə 595; 2016, No– 11, maddə 1762) aşağıdakı dəyişikliklər edilsin:

1. Preambula üzrə:
1.1. birinci abzasa “özünüidarəetmə orqanlarının,” sözlərindən sonra “publik hüquqi şəxslərin (bundan sonra – qurum),” sözləri əlavə edilsin;
1.2. ikinci abzasa “orqanlarına” sözündən sonra “və yerli özünüidarəetmə orqanlarına, qurumlara” sözləri, “özünüidarəetmə orqanlarında” sözlərindən sonra “, qurumlarda” sözü əlavə edilsin.

2. 1-ci, 9.3.2-ci və 9.3.5-ci maddələrə “orqanın” sözündən sonra “(qurumun)” sözü əlavə edilsin.

3. Aşağıdakı məzmunda 2.1.7-1-ci maddə əlavə edilsin:
“2.1.7-1. qurumların rəhbərləri və işçiləri, o cümlədən qurumlarda xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;”.

4. 4-cü maddənin adına “orqanlar” sözündən sonra “(qurumlar)” sözü əlavə edilsin.

5. 4.1-ci maddənin birinci cümləsinə “orqanları” sözündən sonra “, yerli özünüidarəetmə orqanları, qurumlar” sözləri əlavə edilsin.

6. 8.2-ci maddənin ikinci cümləsində “və ya yerli özünüidarəetmə orqanına” sözləri “, yerli özünüidarəetmə orqanına və ya quruma” sözləri ilə əvəz edilsin.

7. 8.5-ci maddənin ikinci cümləsinə “orqanına” sözündən sonra “, yerli özünüidarəetmə orqanına və ya quruma” sözləri əlavə edilsin.

8. 9.3.4-cü maddədə “orqanın” sözündən sonra “(qurumun)” sözü əlavə edilsin və “orqanlarının” sözündən sonra “, yerli özünüidarəetmə orqanlarının və ya qurumların” sözləri əlavə edilsin.

9. 9.3.7-ci maddəyə “orqanların” sözündən sonra “(qurumların)” sözü əlavə edilsin.

10. 9.3.10-cu maddədə “orqanları və ya yerli özünüidarəetmə orqanlarının” sözləri “orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ya qurumların” sözləri ilə əvəz edilsin.

11. 9.3.11-ci maddədə “və ya yerli özünüidarəetmə orqanlarının” sözləri“, yerli özünüidarəetmə orqanlarının və ya qurumların” sözləri ilə əvəz edilsin.

12. 12.1-ci maddənin ikinci cümləsinə “orqanlarının” sözündən sonra “, yerli özünüidarəetmə orqanlarının və ya qurumların” sözləri əlavə edilsin.

13. 13-cü maddədə “orqanları” sözündən sonra “, yerli özünüidarəetmə orqanları və ya qurumlar” sözləri əlavə edilsin, “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 2 oktyabr 2017-ci il
No– 786-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU