"Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, No– 1, maddə 1; 1995, No– 17-18, maddə 282; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No– 7, maddə 444; 2004, No– 2, maddə 57, No– 4, maddə 199; 2008, No– 10, maddə 886; 2011, No– 2, maddə 71; 2013, No– 2, maddə 95; 2016, No– 1, maddələr 14, 19; 2017, No– 4, maddə 518) 12-ci maddəsinin ikinci hissəsində “dövlət” sözü “milli” sözü ilə əvəz edilsin, üçüncü hissəsinə “və digər” sözlərindən sonra “kütləvi qırğın silahlarının,” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr 2017-ci il
No– 787-VQD
Fayl şəklində yüklə