"İnvestisiya fondları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 7 aprel tarixli 565-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, No– 11, maddə 950; 2014, No– 10, maddə 1161; 2015, No– 11, maddə 1261; 2016, No– 3, maddə 412, No– 4, maddə 642, No– 12, maddə 2002) aşağıdakı dəyişikliklər edilsin:
1. 41.2-ci maddədə “İnvestisiya fondu” sözləri “Səhmdar investisiya fondu və ya idarəçi” sözləri ilə əvəz edilsin.
2. 53.1-ci və 53.2-ci maddələrə “İnvestisiya fondu” sözlərindən sonra “və bu fondun idarəçisi” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr 2017-ci il
No– 792-VQD
Fayl şəklində yüklə