"İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 515-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, No– 6, maddə 461; 2007, No– 5, maddə 436, No– 11, maddə 1053; 2008, No– 5, maddə 348; 2009, No– 12, maddə 948; 2011, No– 7, maddə 591) aşağıdakı dəyişikliklər edilsin:

1. 12.2-ci və 12.3-cü maddələrdə “qeydiyyata” sözü “dövlət qeydiyyatına” sözləri ilə əvəz edilsin.

2. 16.1-ci maddədə “qeydiyyata, təkrar və əlavə qeydiyyata” sözləri “dövlət qeydiyyatına və əlavə dövlət qeydiyyatına” sözləri ilə əvəz edilsin.

3. 14-cü maddənin adında, 14.1-14.5-ci, 16.3-cü, 19.2-ci və 28.2-ci maddələrdə ismin müvafiq hallarında “əlavə qeydiyyat” sözləri ismin müvafiq hallarında “əlavə dövlət qeydiyyatı” sözləri ilə əvəz edilsin.

4. 14.4-cü və 19.2-ci maddələrdə “qeydə alındığı” sözləri “dövlət qeydiyyatına alındığı" sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 2 oktyabr 2017-ci il
No– 794-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU