"Banklar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 27-ci bəndlərini rəhbər tutaraq, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 649-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, No– 3, maddə 130; 2005, No– 4, maddə 276; 2007, No– 5, maddə 401, No– 6, maddə 562, No– 11, maddə 1070; 2008, No– 11, maddə 960; 2009, No– 6, maddə 404, No– 7, maddə 517; 2010, No– 4, maddə 276, No– 10, maddə 839; 2011, No– 7, maddə 590; 2013, No– 7, maddə 790; 2014, No– 7, maddə 772, No– 12, maddə 1517; 2015, No– 11, maddə 1262; 2016, No– 3, maddə 406, No– 6, maddə 975; 2017, No– 4, maddə 521) aşağıdakı dəyişikliklər edilsin:
1. 32.1.6-cı maddədən “xarici valyutanın,” sözləri çıxarılsın.
2. Aşağıdakı məzmunda 32.1.6-1-ci maddə əlavə edilsin:
“32.1.6-1. öz hesabına və ya müştərilərin hesabına valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 oktyabr 2017-ci il
No– 803-VQD
Fayl şəklində yüklə