Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No– 7, maddə 444; 2006, No– 12, maddə 1029; 2007, No– 5, maddə 442, No– 6, maddə 562, No– 8, maddə 756; 2009, No– 12, maddə 948; 2010, No– 3, maddə 171; 2012, No– 7, maddə 643; 2013, No– 3, maddə 214; 2014, No– 4, maddə 325; 2015, No– 1, maddə 1; 2016, No– 1, maddə 7) aşağıdakı dəyişikliklər edilsin:

1. 278.1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“278.1.1. “Xilasetmə haqqında” 1989-cu il tarixli Beynəlxalq Konvensiyanın 14-cü maddəsinə uyğun olaraq, müvafiq halda xüsusi təzminat ilə əlaqədar hər hansı bir tələb və ya ümumi qəza üzrə ianə daxil olmaqla, xilasetmə ilə əlaqədar tələblərə;”.

2. 280.1.1.1-ci maddədə “500” rəqəmi “2000” rəqəmi ilə, “333 min” sözləri “3,02 milyon” sözləri ilə əvəz edilsin.

3. 280.1.1.2-ci maddədə “501” rəqəmi “2001” rəqəmi ilə, “3000” rəqəmi “30000” rəqəmi ilə, “500” (birinci halda) rəqəmi “2000” rəqəmi ilə, “500” (ikinci halda) rəqəmi “1208” rəqəmi ilə əvəz edilsin.

4. 280.1.1.3-cü maddə ləğv edilsin.

5. 280.1.1.4-cü maddədə “500” rəqəmi “2000” rəqəmi ilə, “250” rəqəmi “906” rəqəmi ilə əvəz edilsin.

6. 280.1.1.5-ci maddədə “500” rəqəmi “2000” rəqəmi ilə, “167” rəqəmi “604” rəqəmi ilə əvəz edilsin.

7. 280.1.2.1-ci maddədə “500” rəqəmi “2000” rəqəmi ilə, “167 min” sözləri “1,51 milyon” sözləri ilə əvəz edilsin.

8. 280.1.2.2-ci maddədə “501" rəqəmi “2001” rəqəmi ilə, “3000” rəqəmi “30000” rəqəmi ilə, “500” rəqəmi “2000” rəqəmi ilə, “167” rəqəmi “604” rəqəmi ilə əvəz edilsin.

9. 280.1.2.3-cü maddədə “3001” rəqəmi “30001” rəqəmi ilə, “500” rəqəmi “2000” rəqəmi ilə, “125” rəqəmi “453” rəqəmi ilə əvəz edilsin.

10. 280.1.2.4-cü maddədə “500” rəqəmi “2000” rəqəmi ilə, “83” rəqəmi “302” rəqəmi ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 20 oktyabr 2017-ci il
No– 808-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU