"Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, No– 1, maddə 8, No– 8, maddə 686; 2006, No– 1, maddə 4; 2007, No– 4, maddə 321; 2010, No– 7, maddə 596; 2011, No– 2, maddə 71, No– 6, maddə 484; 2012, No– 12, maddə 1228; 2013, No– 12, maddə 1467; 2014, No– 7, maddə 783; 2015, No– 2, maddə 99, No– 4, maddə 347, No– 11, maddə 1287; 2016, No– 12, maddə 2032; 2017, No– 6, maddə 1044) 29.2-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Birinci cümlə çıxarılsın.
2. İkinci cümlədə “Aparatın” sözü “Məhkəmə-Hüquq Şurası Aparatının” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 oktyabr 2017-ci il
No– 812-VQD
Fayl şəklində yüklə