Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 357-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, No– 2, I kitab, maddə 202, No– 3, maddələr 397, 403, 429, No– 4, maddələr 631, 647, 654, No– 5, maddələr 835, 846, No– 6, maddələr 997, 1010, No– 7, maddələr 1247, 1249, No– 9, maddə 1559, No– 10, maddə 1608, No– 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, No– 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, No– 1, maddə 21, No– 2, maddələr 139, 147, 152, 162, No– 3, maddələr 331, 344, No– 5, maddələr 698, 701, 734, 749, 754, No– 6, maddələr 1020, 1033, 1036, No– 7, maddələr 1273, 1296, 1297, 1299) aşağıdakı dəyişikliklər edilsin:

1. 61.1.9-cu, 62.2.9-cu və 65.4.7-ci maddələrdə “yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta” sözlərindən sonra “, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta” sözləri əlavə edilsin.

2.81.2-ci maddədə “qaydaları” sözündən sonra “və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları” sözləri əlavə edilsin.

3. 96.1.6-cı maddədə, 150.11-ci maddənin birinci və yeddinci cümlələrində və 529.3-cü maddədə “xətaların” sözündən sonra “, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın” sözləri əlavə edilsin.

4. 125.7-ci, 152.5-ci və 339.5-ci maddələrdə “əleyhinə olan inzibati xəta” sözlərindən sonra “, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta” sözləri əlavə edilsin.

5. 529.1-ci və 529.2-ci maddələrdə “xətaların” sözlərindən sonra “və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın” sözləri əlavə edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 20 oktyabr 2017-ci il
No– 814-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU