"Müdafiə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq, “Müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununu “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Müdafiə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, No– 23-24, maddə 671; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No– 3, maddə 148, No– 11, maddə 683; 2004, No– 5, maddələr 312, 319; 2005, No– 7, maddə 576; 2006, No– 3, maddə 219, No– 5, maddə 385, No– 11, maddə 933) 5-ci maddəsinin ikinci hissəsinin yeddinci abzasında “ və elmi tədqiqat təşkilatlarını” sözləri “, elmi müəssisə və təşkilatlarını” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 oktyabr 2017-ci il
No– 828-VQD
Fayl şəklində yüklə