"Muzeylər haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanununu “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Muzeylər haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 6, maddə 396; 2001, No– 12, maddə 736; 2002, No– 12, maddə 706; 2007, No– 6, maddə 596) 26-cı maddəsinin ikinci hissəsində “elmlər namizədi” sözləri “fəlsəfə doktoru” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 oktyabr 2017-ci il
No– 829-VQD
Fayl şəklində yüklə