"Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndini rəhbər tutaraq, “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununu “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Rəsmi statistika haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, No– 11, maddə 115; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 7, maddə 486; 2002, No– 12, maddə 706; 2003, No– 1, maddə 4; 2004, No– 2, maddə 57, No– 4, maddə 202, No– 7, maddə 507; 2006, No– 2, maddə 63, No– 12, maddə 1005; 2007, No– 5, maddə 437; 2008, No– 2, maddə 49; 2009, No– 12, maddə 957; 2011, No– 12, maddə 1101) 8-ci maddəsinin üçüncü hissəsində “və elmi-tədqiqat idarələrinin” sözləri “müəssisələrinin, elmi müəssisə və təşkilatların” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 oktyabr 2017-ci il
No– 831-VQD
Fayl şəklində yüklə