Azərbaycan Respublikasının Se?ki Məcəlləsinə əlavə edilməsi haqqında AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U
Azərbaycan Respublikasının Seçki Məcəlləsinə
əlavə edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 6, maddə 274, № 12, maddə 680) aşağıdakı redaksiyada 211.4-cü maddə əlavə edilsin:
"211.4. Yeni yaradılmış, təkrar seçki keçirilmiş, birləşmiş, yaxud ayrılmış bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi gündən başlanır və ölkə üzrə yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Ölkə üzrə bələdiyyə seçkilərinin keçirilməsinə 6 aydan az müddət qalarsa, yeni yaradılmış, birləşmiş, yaxud ayrılmış bələdiyyələrə seçkilər ölkə üzrə bələdiyyələrə seçkilər zamanı keçirilir.".
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyun 2004-cü il
№ 685-IIQD

