"Sərhəd qoşunları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununu “Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Sərhəd qoşunları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, No– 16, maddə 209; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No– 1, maddə 15; 2004, No– 2, maddə 57, No– 3, maddə 133, No– 4, maddə 199; 2007, No– 6, maddə 560, No– 11, maddə 1078; 2013, No– 2, maddə 94; 2016, No– 1, maddə 10; 2017, No– 4, maddə 519) 12-ci maddəsinin birinci hissəsində “elmi tədqiqat idarələrindən” sözləri “elmi müəssisə və təşkilatlarından” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 oktyabr 2017-ci il
No– 833-VQD
Fayl şəklində yüklə