"Nəqliyyat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 355-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Nəqliyyat haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 7, maddə 399; 2000, No– 7, maddə 486; 2001, No– 12, maddə 731; 2002, No– 5, maddə 241; 2008, No– 11, maddə 957; 2011, No– 7, maddə 610; 2014, No– 4, maddə 335) 13-cü maddəsinin birinci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. İkinci abzasa “almaq” sözündən sonra “(gediş haqqı ödəniş aləti ilə ödənildiyi hallar istisna olmaqla)” sözləri əlavə edilsin.

2. Üçüncü abzasa “təmin edilmək” sözlərindən sonra “, yaxud gediş haqqı ödəniş aləti vasitəsilə ödənildikdə, boş yeri tutmaq və gedişi həyata keçirmək;”.

3. Dördüncü-doqquzuncu abzaslar müvafiq olaraq beşinci-onuncu abzaslar hesab edilsin və aşağıdakı məzmunda dördüncü abzas əlavə edilsin: “- ödəniş aləti əldə etmək və ona vəsait yükləmək;”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 31 oktyabr 2017-ci il
No– 844-VQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU