Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (2016, No– 2 (I kitab), maddə 202, No– 3, maddələr 397, 403, 429, No– 4, maddələr 631, 647, 654, No– 5, maddələr 835, 846, No– 6, maddələr 997, 1010, No– 7, maddələr 1247, 1249, No– 10, maddə 1608, No– 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, No– 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, No– 1, maddə 21, No– 2, maddələr 139, 147, 152, 162, No– 3, maddələr 331, 344, No– 5, maddələr 698, 701, 734, 749, 754) 127-2.3-cü maddəsində “müddətinin bitməsinə 1 saat qalmış” sözləri “müddəti bitdikdən sonra 1 saat ərzində” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 oktyabr 2017-ci il
No– 847-VQD
Fayl şəklində yüklə